Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər

Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Çin, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çindən ölkəmizə poçt göndərişlərinin və bağlamaların çatdırılmasında müvəqqəti ləngimələrin, eləcə də fasilələrin olması ehtimal edilir.

presstvaz-ın verdiyi məlumata görə, bu xəbərdarlığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yayıb.

Agentliyin açıqlamasına əsasən, Çində qeyd olunan bayramlarla əlaqədar olaraq fevral ayının 15-dən 23-nə qədər olan müddət rəsmi şəkildə qeyri-iş günləri hesab olunur.

“Sözügedən tarixlərdə Çin ərazisindəki anbarların böyük hissəsinin iş qrafikində məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən də, bağlamaların Azərbaycana yola salınmasında müəyyən fasilələrin və gecikmələrin yaranması mümkündür. Daşıma və göndəriş proseslərinin bayram günləri bitdikdən sonra mərhələli şəkildə əvvəlki qaydada bərpa ediləcəyi proqnozlaşdırılır. Vətəndaşlara sifarişlərini həyata keçirərkən bu amilləri diqqətə almaları məsləhət görülür”, – deyə İKTA-nın bəyanatında vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv