Çörək bahalaşıb? – Agentlikdən AÇIQLAMA

Çörək bahalaşıb? – Agentlikdən AÇIQLAMA






presstv

"Presstv"az #Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, #Audi, #Azərbaycan, #Bakı, #İqtisadiyyat Nazirliyi, #Qiymət artımı, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə, “baton” çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir.

Baku TV səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb.

“Baton” çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb”, – alıcılardan biri belə deyib.

Satıcılardan biri isə bildirib: “Qiymət artımı yoxdur, nə zavod, nə də “baton” çörəyində”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, onlar tərəfindən Bakı şəhəri və regionlarda əhalinin daha çox istehlak etdiyi dairəvi zavod çörəyi də daxil olmaqla 30-dan yuxarı çörək çeşidi üzrə monitorinqlər aparılıb:

“Aparılan monitorinqlər nəticəsində dairəvi zavod çörəyinin çəkisi və qiymətində, eləcə də digər çörək çeşidlərinin qiymətində hər hansı artım müşahidə edilməyib.

Qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Agentliyə təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv