WUF13-də “Baku Call to Action”ın qəbul edilməsi planlaşdırılır

WUF13-də “Baku Call to Action”ın qəbul edilməsi planlaşdırılır






presstv

"Presstv"az #Audi, #Bakı, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

WUF13-ün yekunları üzrə mənzil və davamlı şəhər inkişafı məsələlərinə xüsusi diqqət göstərilməsini nəzərdə tutan “Baku Call to Action”ın qəbul edilməsi planlaşdırılır.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının kommunikasiya üzrə direktoru Katerina Bezqaçina 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək davamlı urbanizasiya üzrə BMT-nin ən böyük qlobal konfransı olan WUF13-ə həsr olunmuş onlayn brifinqdə bildirib.

“Forumun yekunu WUF13-də qəbul ediləcək “Baku Call to Action” – mənzil və dayanıqlı şəhər inkişafı məsələlərinə prioritet əhəmiyyət verilməsi çağırışı olan sənəd olacaq. Biz milli hökumətləri, şəhərləri, yerli hakimiyyət orqanlarını və digər maraqlı tərəfləri bu sənədə töhfə verməyə, həllər təqdim etməyə və mənzil təminatı sahəsində konkret addımları dəstəkləməyə çağırırıq”, – o qeyd edib.

O əlavə etdi ki, WUF13 çərçivəsində yeni urbanistik gündəlik üzrə nazirlik görüşü keçiriləcək, burada tərəqqi nəzərdən keçiriləcək və sonrakı həyata keçirmənin prioritetləri müəyyən ediləcək, həmçinin 2026-cı ilin iyulunda Dayanıqlı İnkişaf Məqsədi 11 “Dayanıqlı şəhərlər və yaşayış məntəqələri”nin yerinə yetirilməsinə qiymət veriləcək.

Bezqaçina vurğulayıb ki, Dünya Urbanistik Forumunun maraqlı xüsusiyyətlərindən biri WUF13-də təqdim olunacaq “Urban Expo” – qlobal həllər platformasıdır.

“Bu, bütün dünyanın mənzil sahəsində müxtəlif modelləri və həlləri nümayiş etdirmək imkanıdır. İştirakçılar öz məhsullarını və ən yaxşı təcrübələrini təqdim edəcəklər”, – o deyib.

Onun sözlərinə görə, hazırda “Urban Expo”da iştirak üçün müraciətlərin qəbulu davam edir və bu proses martın 31-də başa çatacaq.

Bezqaçina əlavə edib ki, hökumət nümayəndələri, sahə liderləri, startaplar və texnologiya şirkətləri ilə şəbəkə görüşləri planlaşdırılıb.

“Qeyd etmək lazımdır ki, Dünya Urbanistik Forumu COP-dan sonra BMT-nin miqyasına görə ikinci ən böyük tədbirdir”, – o yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv