Səkkiz illik həbs tələbi boşa çıxdı: Nazim Xudaverdiyev bəraət aldı

Səkkiz illik həbs tələbi boşa çıxdı: Nazim Xudaverdiyev bəraət aldı






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda tanıdığı şəxsin külli miqdarda pulunu alaraq dələduzluq etməkdə təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm elan olunub. Məhkəmə Nazim Xudaverdiyevin barəsində irəli sürülmüş ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlib və ona bəraət verib. Onun barəsində seçilmiş qətimkan tədbiri də ləğv edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nazim Xudaverdiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə edərək ona 153 min 500 manat məbləğində ziyan vurub.

Nazim Xudaverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham elan olunmuşdu. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv