Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir

Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir






presstv

"Presstv"az #İqtisadiyyat Nazirliyi, #Minimum əməkhaqqı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (Growth Lab) nümayəndələri ilə görüş keçirilib.

presstvaz  bildirir ki,  Qurumdan  verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə son illər həyata keçirilmiş sosial islahatlara dair məlumat verib.

Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində əldə olunmuş nailiyyətlər, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri diqqətə çatdırılıb. Görüş zamanı əməkhaqlarında davamlı artımlardan da bəhs olunub, minimum əməkhaqqının əmək bazarına təsiri, məşğulluq göstəriciləri və sosial müdafiə mexanizmləri ilə qarşılıqlı əlaqəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi sahəsində mövcud yanaşmalar və beynəlxalq təcrübə məsələləri müzakirə olunub.

Beynəlxalq İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri barədə də məlumat verilib. Qeyd olunub ki, mərkəz ölkələrin iqtisadi inkişaf strategiyalarının formalaşdırılması istiqamətində hökumətlərlə əməkdaşlıq edən beynəlxalq tədqiqat və məsləhət qurumudur. Bu çərçivədə ölkələrin real inkişaf potensialının müəyyənləşdirilməsi, iqtisadi artıma mane olan amillərin təhlili, eləcə də dayanıqlı inkişaf üçün zəruri siyasət istiqamətlərinin müəyyən edilməsi məsələlərinə toxunulub.

Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv