Rusiyada istifadəçilərdən qisas: “Telegram”a görə dövlət qurumunu velosiped qıfılı ilə aşağıladılar

Rusiyada istifadəçilərdən qisas: “Telegram”a görə dövlət qurumunu velosiped qıfılı ilə aşağıladılar






presstv

"Presstv"az #Audi, #Hadisə, #informasiya texnologiyaları, #Rusiya, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Roskomnadzor”un (Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara Nəzarət Federal xidməti) Moskva ofisinin girişi velosiped kilidi ilə bağlanıb.

presstvaz xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Hadisə yerindən yayımlanan kadrlarda üzləri gizlədilmiş naməlum şəxslərin qapılara yaxınlaşdığı və girişi velosiped kilidi ilə bağladıqları görünür.

Tənzimləyici qurumun mətbuat xidməti vəziyyətlə bağlı heç bir şərh verməyib.

İlkin məlumatlara görə, “Roskomnadzor”un ofisi xarici sosial şəbəkələrin bağlanmasına etiraz əlaməti olaraq bloklanıb.

Fevralın 9-da Rusiyadakı “Telegram” istifadəçiləri xidmətin işindəki nasazlıqlardan şikayətlənməyə başlayıblar: mesajların gec göndərilməsi, foto və video kontentin yüklənməsində problemlər olduğu bildirilib.

Fevralın 10-da “Roskomnadzor” “Telegram”da məhdudiyyətlərin tətbiqini təsdiqləyərək, bunun Rusiya qanunlarının pozulması ilə əlaqəli olduğunu bildirib və şirkət tənzimləyicinin tələblərini nəzərə almasa, platformaya qarşı tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Qurumdan dəqiqləşdiriblər ki, xidmət tamamilə bloklanmır, lakin “Telegram” serverlərini ölkədə yerləşdirməsə və Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməyə başlamasa, məhdudiyyətlər sərtləşdiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv