BP və SOCAR Üstyurtda birgə fəaliyyət imkanlarını öyrənir

BP və SOCAR Üstyurtda birgə fəaliyyət imkanlarını öyrənir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BP şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Üstyurt bölgəsində birgə fəaliyyət imkanlarını öyrənir.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.

“Biz SOCAR-la birgə Özbəkistanın Üstyurt regionunda fəaliyyət barədə müzakirələr aparırıq. Əgər hər şey alınarsa, bu, bizə həmin layihə çərçivəsində uğurlu nəticə əldə etmək üçün SOCAR-la bacarıq və biliklərimizi birləşdirməyə imkan verəcək”, – o bildirib.

С.Kristofoli vurğulayıb ki, hazırda yalnız müzakirələr aparılır.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Eyni zamanda, dekabrın əvvəlində Daşkənddə geoloji kəşfiyyat və karbohidrogenlərin hasilatı ilə məşğul olacaq “Ustyurt Operating Company” birgə şirkətinin ofisi açılıb. SOCAR geoloji kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək.

Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, “Üstyurt” bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir. Layihəyə ümumi investisiya 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv