Gürcüstandan avtomobil idxalı ilə bağlı ŞOK QADAĞA

Gürcüstandan avtomobil idxalı ilə bağlı ŞOK QADAĞA






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Dollar, #Gürcüstan, #İrakli Kobaxidze, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gürcüstan hökuməti parlamentə istehsal tarixi altı ildən artıq olan minik avtomobillərinin idxalının qadağan edilməsi haqqında qanun layihəsini təqdim edib”.

presstvaz qonşu ölkənin hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Əlbəttə, kiçik istisnalar da nəzərdən keçiriləcək. Hesab edirik ki, ölkəyə istehsal tarixi altı ildən çox avtomobillərin gətirilməməsi son dərəcə vacibdir. Bu, ekologiya, insanların sağlamlığı və əhalinin rahat hərəkətinin təmin edilməsi üçün zəruridir”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, idxalı məhdudlaşdırmağı ölkənin Daxili İşlər Nazirliyi təklif edib.

Qeyd olunur ki, son illər Gürcüstanda nəqliyyat vasitələrinin sayı kəskin artıb.

“2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyata alınıb, 2025-ci ilin məlumatlarına görə isə bu rəqəm 2 milyonu keçib. Nəqliyyat vasitələrinin sayının belə artımı tıxaclara və ekoloji vəziyyətin pisləşməsinə gətirib çıxarır. Hesab edirik ki, bu istiqamətdə tədbirlər görmək zəruridir”, – deyə baş nazir diqqətə çatdırıb.

Xəbərdə bildirilir ki, minik avtomobillərinin idxalı və ixracı Gürcüstanın xarici ticarət strukturunda birinci yeri tutur.

2025-ci ildə Gürcüstan 3.87 milyard dollar dəyərində minik avtomobili idxal edib (2024-cü ilin səviyyəsinə nisbətən 11.5% artım). Bu da ölkənin ümumi idxal həcminin 20.9 faizini təşkil edir.

Ötən il Gürcüstandan minik avtomobillərinin təkrar ixracı 16 faiz artaraq, 2.8 milyard dollara çatıb ki, bu da ölkə ixracının 38%-dən çoxunu təşkil edir.

Əsas idxal ABŞ, Yaponiya və Almaniyadan həyata keçirilir.

Qeyd edilir ki, 2025-ci ildə təkrar ixracın əsas istiqamətləri isə Qırğızıstan, Qazaxıstan və Azərbaycan olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv