Spirtli içki Finlandiya millisinin baş məşqçisinə baha başa gəldi

Spirtli içki Finlandiya millisinin baş məşqçisinə baha başa gəldi






presstv

"Presstv"az #Audi, #Finlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiyanın xizəklə tramplindən tullanma üzrə millisinin baş məşqçisi İqor Medved spirtli içki qalmaqalına görə 2026-cı il Qış Olimpiya Oyunlarında komandaya rəhbərlikdən kənarlaşdırılıb.

presstvaz “Aftonbladet”ə istinadən xəbər verir ki, finlandiyalı idmançılar oyunların qalan hissəsində məşqçisiz qalacaqlar. Medved komanda dəyərlərini pozduğuna görə yola salınıb.

“Medved bu gün evə qayıtdı. Bu, alkoqolla bağlı məsələlərlə bağlıdır. Biz qayda pozuntularına çox ciddi yanaşırıq və dərhal tədbir görəcəyik”, – deyə Olimpiya Komitəsinin elit idman növləri üzrə rəhbəri Yanne Hanninen qeyd edib.

İqor Medved bu davranışına görə üzr istəyib:

“Səhv etdim və buna görə dərin təəssüf hissi keçirirəm. Bütün Finlandiya komandasından, idmançılardan və azarkeşlərdən üzr istəyirəm. Komandaya sülh və əmin-amanlıq arzulayıram ki, onlar olimpiadaya diqqət yetirə bilsinlər”.

Qeyd edək ki, İqor Medved əvvəllər Sloveniya millisində çıxış edib və 2024-cü ilin yayından bəri Finlandiyanın xizəklə tramplindən tullanma komandasının baş məşqçisidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv