BMT baş katibinin sözçüsü: “İranın Azərbaycana hücumundan narahatıq”

BMT baş katibinin sözçüsü: “İranın Azərbaycana hücumundan narahatıq”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT baş katibi Antonio Quterreş İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumlarından narahatdır.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

“Bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanması və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara şəfa arzulayır”, – deyə Düjarrik jurnalistlərə Antonio Quterreşin sözlərini çatdırıb.

O bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Naxçıvana dron hücumu ilə bağlı BMT baş katibinə məktub ünvanlanıb.

S.Dujarrikin sözlərinə görə, məktubda dron hücumu barədə məlumat verilib və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılıb.

Sözçü xatırladıb ki, hadisə ilə bağlı dünən Azərbaycanın və İranın xarici işlər nazirləri arasında da müzakirə aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv