Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi






presstv

"Presstv"az #Audi, #Avropa, #Kiyev, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Parlamentinin üzvləri Ukraynaya 90 milyard avroluq kredit xəttinin verilməsinin lehinə səs veriblər.

presstvaz xəbər verir ki, Avropa İttifaqının (Aİ) qanunvericilik orqanının rəhbəri Roberta Metsola bu barədə məlumatı təsdiqləyib.

“Bu gün keçirilən 90 milyard avroluq kreditin təsdiqlənməsi ilə bağlı mühüm səsvermə Ukraynaya həyati dəstək verdi”, – deyə Roberta Metsola öz “X” hesabında yazıb.

Avropa Parlamentinin rəsmi saytında dərc olunan məlumata görə, 30 milyard avro məbləğində vəsait Kiyevə “Ukraine Facility” mexanizmi çərçivəsində makromaliyyə yardımı və ya dövlət büdcəsinin dəstəklənməsi şəklində ayrılacaq. Qalan 60 milyard avronun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi texnikanın əldə edilməsi üçün planlaşdırılır. Silah alarkən Ukrayna yerli istehsalçılara, eləcə də Aİ ölkələrindən, Avropa İqtisadi Bölgəsindən və Avropa Azad Ticarət Assosiasiyasından olan təchizatçılara üstünlük verməyə borcludur.

“Əgər müəyyən müdafiə materialları həmin ölkələrdə Ukraynaya təcili çatdırılma üçün dərhal mövcud deyilsə, digər ölkələrdən tədarük üçün bir sıra hədəflənmiş güzəştlər tətbiq olunacaq”, – deyə Avropa Parlamentindən bildirilib.

Nəşrdə vurğulanır ki, maliyyələşdirmə Ukraynanın demokratik idarəetmə prinsiplərinə sadiq qalması, qanunun aliliyi və azlıqların hüquqları da daxil olmaqla, insan hüquqlarının qorunmasını əhatə edən “sərt şərtlər” altında təmin ediləcək.

Yardımın göstərilməsi Ukraynanın maliyyə ehtiyaclarından asılı olacaq. Qeyd olunur ki, ödəniş strategiyası Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir. Avropa Parlamentindən bildirilib ki, 2026-cı ilin ikinci rübünün əvvəlində köçürüləcək ilk tranş üçün Şura dəstək paketi ilə bağlı razılığa gəlməlidir.

Ukraynaya kreditin verilməsinin lehinə Avropa Parlamentinin 458 üzvü səs verib. 140 parlamentari əleyhinə səs verib, 44 nəfər isə bitərəf qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv