İran Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacağı vaxtı açıqladı

İran Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacağı vaxtı açıqladı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #İran, #Nəqliyyat, #Rusiya, #Tehran, #Torpaq sahəsi, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə başlamaq üçün torpaq sahələrinin özgəninkiləşdirilməsi prosesi martın 20-dək başa çatdırılacaq.

presstvaz “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

Diplomat əlavə edib ki, hazırda İran hökuməti gələcək marşrutun 162 km-lik hissəsindən 110 km torpaq sahəsini artıq mülkiyyətçilərdən satın alıb.

Cəlalinin sözlərinə görə, nəqliyyat kommunikasiyalarının inkişafı Rusiya ilə İran arasında ikitərəfli ticarət dövriyyəsini ortamüddətli perspektivdə beş milyard dollardan 30 milyard dollara qədər artırmağa imkan verəcək.

Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Rusiyanın dəmiryol xətlərini Azərbaycan ərazisi vasitəsilə İran və Yaxın Şərq, eləcə də Cənubi Asiya ölkələri ilə birləşdirməyi nəzərdə tutur. Hazırda yolun yalnız İran hissəsi tamamlanmayıb.

Təxmini dəyəri 1.6 milyard avro olan Rəşt-Astara hissəsinin tikintisi layihəsi 2023-cü ilin mayında Tehranda imzalanmış İran-Rusiya hökumətlərarası sazişindən sonra həyata keçirilməyə başlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv