Qərbi Azərbaycan İcmasından Avropa Şurası komissarına çağırış

Qərbi Azərbaycan İcmasından Avropa Şurası komissarına çağırış






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Ermənistan, #Qərbi Azərbaycan İcması (QAİ)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan İcması (QAİ) Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertiyə müraciət ünvanlayaraq, onu icma üzvlərinin Ermənistanda öz dədə-baba yurdlarında qayıtmaq hüququnu müdafiə edən açıq bəyanat verməyə dəvət edib.

presstvaz bildirir ki,  bu barədə icmadan məlumat verilib.

Sənəddə vurğulanıb ki, M.Oflahertinin Ermənistana səfərinə dair yayılan xəbərlərdə Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk etmiş erməni əhalisinin geri qayıtmaq hüququna xüsusi diqqət yetirilib:

“Bu məqamla əlaqədar nəzərə çatdırmaq istərdik ki, Qərbi Azərbaycan İcması ötən müddət ərzində Avropa Şurasının müxtəlif strukturlarına dəfələrlə müraciət etsə də, həmin qurumlar bizim Ermənistandakı tarixi torpaqlarımıza qayıdışımız məsələsinə münasibət bildirməyiblər. Qərbi Azərbaycan İcması Avropa Şurasının İnsan hüquqları üzrə komissarını öz sələflərinin və Avropa Şurası Parlament Assambleyasının yol verdiyi yanlışları təkrarlamamağa səsləyir. Biz komissarı insan hüquqları müstəvisində ayrı-seçkilik siyasətinə son qoymağa və Ermənistana qayıdış hüququmuza açıq dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırırıq”.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv