Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Cinayət işi, #Hakim, #Səbail, #Şəhidlər xiyabanı, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub.

Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Təqsirləndirilən şəxslər cəzaları bitdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.

Xatırladaq ki, ötən il avqustun 17-də üç nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Onların avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv