“Sağlam məktəbli” layihəsi Ağalıda həyata keçirilib

“Sağlam məktəbli” layihəsi Ağalıda həyata keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #Orta məktəb, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Maarifləndirmə tədbiri Zəngilan rayonunun Ağalı kənd məktəbində təşkil olunub

         Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən presstvaz-a daxil olan məlumata əsasən, Agentliyin “Sağlam məktəbli” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə məktəblilərə Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyi anlayışı ilə bağlı zəruri məlumatlar verilib.

          Sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası diqqətə çatdırılıb. Həmçinin qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda “1003 – Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

          Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və düzgün qida vərdişləri aşılamaqdır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv