Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı müraciəti

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı müraciəti






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Hadisə, #Milli Hidrometeorologiya Xidməti, #Nəqliyyat, #Qeyri-sabit hava şəraiti, #Qış mövsümü

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sürücü və piyadalardan ehtiyatlı davranmaları xahiş olunur

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı gözlənilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  Presstvaz-a verilən məlumata görə,  Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edərək sürücüləri daha diqqətli və məsuliyyətli olmağa çağırır. Küləkli hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin aşma, qopma və sürüşmə ehtimalı olan obyektlərin altında saxlanılmaması tövsiyə olunur. Xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacib hesab edilir.

Qarın yağması nəticəsində yol örtüyünün sürüşkən olacağı nəzərə alınaraq, sürücülərdən xüsusilə dağlıq ərazilərdə qış mövsümünə uyğun olmayan şinlərlə təchiz edilmiş avtomobillərdən istifadə etməmək, nəqliyyat vasitələrinin texniki sazlığına əvvəlcədən əmin olmaq, həmçinin sürət həddini mövcud meteoroloji şəraitə uyğun seçmək xahiş olunur.

Eyni zamanda, əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, piyadalar təhlükəsizlik baxımından daha məsuliyyətli davranmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyə çağırılır.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv