KİV: İsrail İrana təkbaşına zərbə endirə bilər – ABŞ xəbərdar edilib

KİV: İsrail İrana təkbaşına zərbə endirə bilər – ABŞ xəbərdar edilib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Ballistik raket, #Hadisə, #Hakim, #İran, #İsrail, #Tehran, #Təl-Əviv, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İsrailin yüksəkvəzifəli hərbi rəsmiləri amerikalı həmkarları ilə son müzakirələrdə İranın ballistik raket layihələrinin Təl-Əviv üçün nüvə proqramından heç də az təhlükə yaratmadığını bəyan ediblər. İsrail lazım gələrsə, İrana qarşı təkbaşına hərəkət etməyə hazır olduğu barədə Vaşinqtona xəbərdarlıq göndərib”.

presstvaz xəbər verir ki, bunu “The Jerusalem Post” nəşri təhlükəsizlik qurumlarındakı mənbələrinə istinadən yazıb.

Məlumata görə, Təl-Əviv İranın İsrailin mövcudluğunu təhdid edən miqyasda strateji silah sistemlərini yenidən qurmasına icazə verməyəcəyini və öz hərəkət istiqamətini seçmək hüququnu saxladığını vurğulayıb.

Nəşr qeyd edib ki, İsrailin hərbi rəsmiləri əsas istehsal müəssisələrinə zərbələr də daxil olmaqla, raket proqramının effektivliyini azaltmaq üçün əməliyyat konsepsiyalarını ABŞ nümayəndələri ilə bölüşüblər.

“İsrail İran daxilindəki vəziyyəti daim izləyir. ABŞ rəsmilərinə deyilib ki, Tehran ballistik raketlər üçün müəyyən etdiyi qırmızı xətti keçərsə, təkbaşına zərbə endirəcəyik” – deyə, nəşri məlumatlandıran mənbə bildirib.

Xəbərdə qeyd olunur ki, Təl-Əvivin hərbi təmsilçiləri hazırkı anı İranın raket infrastrukturuna əhəmiyyətli zərbə vurmaq, İsrail və qonşu dövlətlərə qarşı aktiv təhdidləri neytrallaşdırmaq üçün “tarixi fürsət” hesab edirlər.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, nümayişçilər paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv