Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Deputat Kamal Cəfərov yazır: "Dövlət qulluğu sistemində elə bir mexanizm yaratmalıyıq ki, ən ucqar kənddə işləyən gənc hiss etsin və bilsin ki, biliyinə, bacarığına və fəaliyyətində göstərdiyi nailiyyətlərə görə mərkəzi aparatda yüksək vəzifəyə təyin oluna bilər".

presstvaz xəbər verir ki, bu sözləri Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

"Yanaşma yanlışdır, əslində, elə şərait yaradılmalıdır ki, çoxluq regiona getməyə can atsın. Region mərkəzə aparan keçid məntəqəsi yox, yaşamaq, işləmək və qurmaq üçün ən arzu olunan məkan olmalıdır.

Bir gənc mütəxəssis regiona sabah mərkəzə köçmək üçün getməli deyil. O, regiona:

– orada həyat keyfiyyəti yüksək,

– qazancı qənaətbəxş,

– sosial təminatı güclü,

– peşəkar fəaliyyətin yaxşı dəyərləndirildiyi,

– ailəsi üçün şəraitin şəhərdən geri qalmadığı üçün getməlidir.

Belə olduqda həm də daxili miqrasiya inzibati yollarla deyil, təbii seçimlə tənzimlənir.

Dövlət qulluğunda mexanizm də buna uyğun qurulmalıdır. Mərkəzə keçid vəzifə yüksəlişinin yeganə göstəricisi olmamalıdır. Əksinə, regionda qalmaq, orada nəticə göstərmək, icmanı inkişaf etdirmək ən yüksək peşəkarlıq göstəricisi sayılmalıdır.

O zaman rayona gedirəm deyən və gələcəyini orada qurmaq istəyənlər daha çox olacaq, cənab Cəfərov!", – hüquqşünas qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv