Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib






presstv

"Presstv"az #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Milli Aviasiya Akademiyasının professoru, fizika-riyaziyyat elmləri doktoru Lətif Xəlil oğlu Talıblının Böyük Britaniyanın Oksford Universitetinin SCOPUS və “Web of Science” elmmetrik bazalarına daxil olan nüfuzlu beynəlxalq “Mexanika və Tətbiqi Riyaziyyat üzrə Rüblük Jurnal”ında “Fırlanan özlüelastik disk üçün üçölçülü sərhəd məsələsinin dəqiq həlli” adlı elmi məqaləsi dərc olunub.

presstvaz   xəbər verir ki, məqalədə, müəllifin təklif etdiyi özlü elastiklik nəzəriyyəsinin kvazistatik problemlərinin dəqiq həlli metodu əsasında fırlanan diskin üçölçülü sərhəd məsələsinin dəqiq həlli tapılıb.

Baxılan problemin dəqiq həlli ilkin ixtiyari verilənlər çərçivəsində analitik düsturlar şəklində təqdim olunur. Həll teorem şəklində ifadə edilir və bu problemin dəqiq həlli kimi müstəqil maraq doğurur. Eyni zamanda, tapılan həll müxtəlif ədədi metodların sınaqdan keçirilməsində istifadə edilə bilər.

Məqalə haqqında məlumatlar belədir:

Latif Kh Talybly. The Exact Solution Of The Three-Dimensional Boundary Value Problem For A Rotating Viscoelastic Disk // The Quarterly Journal of Mechanics and Applied Mathematics, Volume 78, Issue 4, November 2025, hbaf012, https://doi.org/10.1093/qjmam/hbaf012

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv