WUF13-ə hazırlıq çərçivəsində BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya səfər edib

WUF13-ə hazırlıq çərçivəsində BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya səfər edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyat məsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) texniki missiya üzvləri arasında görüşlər keçirilib.

presstvaz xəbər verir ki, missiyanın səfəri çərçivəsində yayım və media əməliyyatları, məkanın hazırlıq səviyyəsi, “Urban Expo” sərgisinin planlaşdırılması, brendinq və istiqamətləndirici lövhələrin layihələndirilməsi, İKT və audiovizual sistemlər, müyəssərlik, logistika, dayanıqlılıq və maraqlı tərəflərlə koordinasiya da daxil olmaqla, genişspektrli prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Canlı yayım və media ilə qarşılıqlı əlaqə planları, tədbir məkanının baş planı, şəhər və tədbir məkanının brendinqinə dair təkliflər üzrə işlər yekunlaşdırılıb, eləcə də nəqliyyat, iaşə, təhlükəsizlik, könüllülərin idarə edilməsi və işçi qüvvəsinin koordinasiyası üzrə əməliyyat hazırlığı üzrə işlər intensiv şəkildə davam etdirilir.

Bu fəaliyyətlər WUF13 tədbirinin peşəkar və səmərəli təşkil olunması, eləcə də inklüziv formatda və yüksək keyfiyyətlə keçirilməsi baxımından mühüm bir mərhələni əks etdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv