ABŞ şirkəti “LUKOIL”un aktivləri ilə bağlı investorlarla danışıqlara başladı

ABŞ şirkəti “LUKOIL”un aktivləri ilə bağlı investorlarla danışıqlara başladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Birləşmiş Ərəb Əmirlikləri, #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Lukoil, #Maliyyə Nazirliyi, #Qazax, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Carlyle” şirkəti “LUKOIL”un (Rusiya) xarici aktivlərinin alınması ilə bağlı razılaşma əldə olunacağı təqdirdə tərəfdaşları cəlb etmək üçün Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan investorlarla ilkin danışıqlara başlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi proseslə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələr agentliyə bildiriblər ki, müqavilə baş tutarsa, “Mubadala”, XRG və IHC şirkətlərindən olan investorlar “LUKOIL” portfelindəki payları almaq barədə fond nümayəndələri ilə danışıqlar aparacaqlar.

Başqa bir mənbə isə potensial payların 20 milyard dollar dəyərində ola biləcəyini bildirib.

BƏƏ investisiya şirkətləri “LUKOIL”un ticarət bölməsi olan “Litasco”nu əldə etməkdə maraqlıdır. Dubayda yerləşən “Litasco Middle East DMCC” şirkəti 2025-ci ilin iyul ayında Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb.

Eyni zamanda, “Reuters” mənbələrindən biri “Carlyle”ın “LUKOIL” portfelini bütöv saxlamaq niyyətində olduğunu da bildirib.

Xatırladaq ki, yanvarın 29-da Rusiyanın “LUKOIL” şirkəti ABŞ-nin “Carlyle” şirkəti ilə Qazaxıstandakı layihələr istisna olmaqla, xarici aktivlərin satılması barədə razılığa gəliblər. Əməliyyatın başa çatması üçün tənzimləyici orqanın təsdiqi, o cümlədən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi tələb olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv