Kallas: “Rusiya son 100 ildə 19 ölkəyə hücum edib”

Kallas: “Rusiya son 100 ildə 19 ölkəyə hücum edib”






presstv

"Presstv"az #Audi, #Avropa, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya son 100 ildə 19 ölkəyə hücum edib. Lakin heç bir dövlət Rusiyaya cavab olaraq hücuma keçməyib”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Osloda keçirilən konfransda deyib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Moskva indi hərbi büdcəsini, ordusunu və nüvə silahlarını məhdudlaşdırmalıdır.

Kallas bildirib ki, qaydalara əsaslanan dünya nizamı həmişə bir illüziya olub və əslində ən güclülərin qanunu işləyir:

“Qaydalara əsaslanan dünya nizamının bir illüziya olduğuna dair bir arqument, inanc var. Bu, həmişə cəngəllik qanunu olub – kimin gücü varsa, istədiyini edir. Amma, hətta cəngəllikdə belə heyvanlar arasında bir əməkdaşlıq mühiti var. Ümid edirəm ki, biz bunu istəyən ölkələrlə beynəlxalq qayda-qanunu inkişaf etdirməliyik”.

O qeyd edib ki, “kiçik ölkələr üçün qaydalara əsaslanan dünya nizamı onları qoruyur”.

“Əgər işə yaramırsa, onların heç bir müdafiəsi yoxdur”, – deyə Kallas bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv