Azərbaycanda vergi və gömrük sahəsində güzəştlər təsnifləşdiriləcək

Azərbaycanda vergi və gömrük sahəsində güzəştlər təsnifləşdiriləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Əli Əsədov, #Nazirlər Kabineti, #Vergi Məcəlləsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 8 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

presstvaz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi və gömrük sahəsində güzəşt və azadolmalar bu Qaydanın məqsədləri üçün aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:

Güzəşt meyarı – azadolma meyarı ilə əhatə olunmayan və sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində tətbiq olunan digər imtiyazlar;

Azadolma meyarı:

– Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar;

– “Xüsusi iqtisadi zonalar haqqında” və “Ələt azad iqtisadi zonası haqqında” qanunlarda nəzərdə tutulan imtiyazlar;

– vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar;

– qrant, humanitar və texniki yardım üzrə imtiyazlar;

– maliyyə xidmətləri və dövlətin yaratdığı maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar;

– qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar;

– Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv