İtaliyada etiraz dalğası: 100-dən çox polis yaralandı

İtaliyada etiraz dalğası: 100-dən çox polis yaralandı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #İtaliya, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünən Turin şəhərində etirazçılarla baş verən toqquşmalar zamanı 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

presstvaz xəbər verir ki, bu barədə ANSA rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 97 polis əməkdaşı, 5 karabiner və Maliyyə Qvardiyasının 7 üzvü yaralanıb.

İtaliya rəhbərliyinin və müxalifətin nümayəndələri hüquq-mühafizə orqanları ilə həmrəylik ifadə ediblər. İtaliyanın Baş naziri Corcia Meloni xəstəxanada iki polis əməkdaşını ziyarət edib. O, baş verənləri qəbuledilməz adlandıraraq bunu “dövlətə hücum” kimi qiymətləndirib.

Hökumətin sosial mərkəzi bağlamaq qərarına etiraz olaraq 15 minə yaxın şəxsin qatıldığı aksiya sonradan toqquşmalara çevrilib. Nümayiş zamanı hökumət əleyhinə şüarlar səsləndirilib, həmçinin Fələstinə dəstək çağırışları edilib. Etirazçılar zibil konteynerlərini yandırıb, polis əməkdaşlarına daş atıblar. Polis isə aksiyanın qarşısını almaq üçün su şırnaqlarından istifadə edib.

Maskalı etirazçıların polis əməkdaşını döyməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, bir neçə nəfər saxlanılıb. İctimai asayişin pozulması və polisə müqavimət göstərilməsi faktları üzrə araşdırmalara başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv