Messi “Qalatasaray”a gələ bilər – İddia

Messi “Qalatasaray”a gələ bilər – İddia






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Audi, #Futbol, #Haber Global, #İstanbul, #Lionel Messi, #Qalatasaray, #Türkiyə, #Türkiyə Kuboku

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol şərhçisi Levent Tüzemen Lionel Messinin xüsusi bir layihə çərçivəsində “Qalatasaray”a təklif edildiyini bildirib. Tüzemenin iddiasına görə, dünya ulduzu üçün “sarı-qırmızılı” kluba ABŞ-dən diqqətçəkən bir təklif daxil olub.

presstvaz xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Levent Tüzemen açıqlamasında “Qalatasaray” rəhbərliyinin də bu əlaqəni təsdiqlədiyini, Messinin isə yalnız İstanbulda oynamaq şərti ilə qısamüddətli bir planı nəzərdən keçirdiyini deyib. O qeyd edib ki, argentinalı ulduz Amerika Liqasında oyun tempinin onun üçün yüksək olduğunu düşünür və Dünya Çempionatı 2026-ya zədə almadan hazırlaşmaq istəyir.

Məlumata görə, Messi səfər oyunlarında iştirak etməmək şərti ilə təxminən dörd ay ərzində 12 matçda forma geyinə bilər. Həmçinin “Qalatasaray”ın Türkiyə Kubokunun finalına yüksələcəyi təqdirdə, həmin qarşılaşmanın da Messinin planlaşdırılan oyunlarına daxil edilə biləcəyi müzakirə olunur.

Levent Tüzemen bunun rəsmi razılaşma olmadığını, sadəcə kluba daxil olan bir təklifdən ibarət olduğunu vurğulayıb. Hazırda təklifin qiymətləndirildiyi bildirilir. Qeyd edilir ki, “Inter Mayami”də çıxış edən Messi liqa fasiləsi dövründə fiziki formasını qorumağı hədəfləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv