Slovakiyanın baş naziri qalmaqallı “Epşteyn işi”ndə adı hallanan diplomatın istefasını qəbul etdi

Slovakiyanın baş naziri qalmaqallı “Epşteyn işi”ndə adı hallanan diplomatın istefasını qəbul etdi






presstv

"Presstv"az #Audi, #Robert Fitso, #Slovakiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Slovakiyanın Baş naziri Robert Fitso məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin işində adı hallanan sabiq xarici işlər nazirinin müşaviri Miroslav Layçakın istefasını qəbul edib.

presstvaz-ın məlumatına görə, bu barədə o, “Facebook”da yayımladığı videomüraciətində ​​bildirib.

R.Fitso deyib ki, müşavirin əməkdaşlığı dayandırmaq təklifi ilə razılaşıb.

O, Layçakın istefaya getməklə “əla diplomat” kimi davrandığını söyləyib.

Baş nazir ötən ilin noyabrında M.Layçakı işdən çıxarmayacağını və onun vəzifəsindən azad ediləcəyinə səbəb olacaq heç bir şey etmədiyini demişdi. Baş nazir həmçinin Layçakı “fantastik xarici siyasət təcrübəsi və inanılmaz əlaqələri olan mühüm diplomat” adlandırıb.

Yanvarın 30-da Slovakiya mediası M.Layçakın adının “Epşteyn işi” ilə bağlı dərc olunmuş materiallarda yenidən göründüyünü bildirib. “Euractiv” nəşri mərhum Epşteynin müşavir M.Layçakı “dost” və “beynəlxalq nüfuza malik adam” adlandırdığını yazıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv