Bakı sakinlərinin nəzərinə: Metronun yeni stansiyalarının tikildiyi ərazilərdə mənzil qiymətləri qalxacaq

Bakı sakinlərinin nəzərinə: Metronun yeni stansiyalarının tikildiyi ərazilərdə mənzil qiymətləri qalxacaq






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Metropoliteni, #Günəş, #Nəqliyyat, #Qiymət artımı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı metrosunun yeni stansiyalarının tikintisi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə ciddi təsir göstərəcək.

presstvaz “Xəzər TV”yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, Yeni Günəşli, Zabrat, Saray, Masazır və Xırdalanda inşa ediləcək yeni stansiyalar bu ərazilərdə daşınmaz əmlaka tələbatın artmasına və qiymətlərin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, sözügedən ərazilərdə yalnız qiymət artımı deyil, həm də alıcı marağında ciddi canlanma gözlənilir. Onun sözlərinə görə, metro infrastrukturu olan ərazilər həm yaşayış, həm də investisiya baxımından daha cəlbedici hesab olunur.

Qeyd edək ki, Bakı Metropolitenində 2027-ci ilə qədər inşası planlaşdırılan 10 yeni stansiyadan birində artıq tikinti işləri aparılır, digər 9 stansiya üzrə isə layihələndirmə prosesi yekunlaşıb.

Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, metronun şərti adı B4 olan stansiyasında tikinti işləri hazırda davam edir və bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur.

Bununla yanaşı, Dərnəgül deposunda da tikinti işlərinə start verildiyi bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv