Pekində “psixoaktiv” nahar: Kir Starmerə tövsiyə olunan restoran gündəm oldu

Pekində “psixoaktiv” nahar: Kir Starmerə tövsiyə olunan restoran gündəm oldu






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfəri zamanı Pekində hallüsinasiyalara səbəb ola biləcək göbələk yeməkləri ilə tanınan restoranda nahar ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, K.Starmerin Çin paytaxtındakı ilk dayanacağı “Yi Zuo Yi Wang” restoranı olub. Təxminən 140 nəfərdən ibarət nümayəndə heyəti restoranın bütün zalını əvvəlcədən rezerv edib və psixoaktiv təsir göstərə bilən szyanşoutsin adlı göbələk yeməyi də daxil olmaqla bir neçə xüsusi yemək sifariş edilib.

Nəşrin yazdığına görə, nahardan sonra Britaniya nümayəndə heyətinin üzvləri xatirə şəkilləri çəkdirib və bir-birlərini Çin Yeni ili münasibətilə təbrik ediblər. Kir Starmer isə restoran işçilərinə Çin dilində təşəkkür edib. Baş nazir qeyd edib ki, bu restoran ona Böyük Britaniyanın Çindəki səfiri Piter Uilson tərəfindən tövsiyə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv