VK sədri: “Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib”

VK sədri: “Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib”






presstv

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #İnzibati Xətalar Məcəlləsi, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib”.

presstvaz-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin bu gün keçirilən ümumi yığıncağında deyib.

Kollegiya sədri bildirib ki, 2018-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinməkdədir:

“Əksər hallarda bu şəxslər fəaliyyət göstərdikləri ünvanlarda “vəkil”, “vəkil bürosu”, “vəkil xidmətləri” kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub.

Buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə də dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar da təkmilləşdirilib. Digər mühüm dəyişikliklərdən biri isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda intizam pozuntusuna yol vermiş vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarlar müəyyən olunmuş, vəkillərin intizam icraatı proseduruna yeniliklər edilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv