Tramp ABŞ-nin iki qurumundan 10 milyard dollar təzminat tələb edir

Tramp ABŞ-nin iki qurumundan 10 milyard dollar təzminat tələb edir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Donald Tramp, #Hadisə, #Maliyyə Nazirliyi, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Maliyyə Nazirliyi və Daxili Gəlir Xidmətinə (IRS) qarşı iddia qaldıraraq, həmin qurumları onun məlumatlarını sızdırmaqda ittiham edib. Ölkə başçısı sözügedən qurumlardan 10 milyard dollar təzminat istəyir.

presstvaz xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, iddia ərizəsi Mayamidəki federal məhkəməyə təqdim edilib. İddiaçılar arasında ABŞ liderinin oğulları – kiçik Donald Tramp, Erik Tramp, eləcə də “Trump Organization” təşkilatı da var.

Qeyd olunub ki, buna səbəb Trampın ilk prezidentlik müddətinə (2017-2021) aid vergi bəyannamələrinin sızması olub.

“The New York Times” və “ProPublica” nəşrlərində dərc olunan məqalələr keçmiş IRS podratçısı Çarlz Littlcon tərəfindən ötürülən məlumatlara əsaslanır.

İddiaçıların sözlərinə görə, sözügedən nazirliklə IRS məxfi vergi məlumatlarını lazımi səviyyədə qorumayıblar və qanunsuz şəkildə açıqlanmasına icazə veriblər.

Bildirilir ki, bu cür hadisələrin qarşısını almaq üçün effektiv nəzarət, təhlükəsizlik və monitorinq sistemlərinin mövcud olması tələb olunurdu.

Məlumata görə, bu iddia, Tramp və onun yaxınları tərəfindən son bir ildə qaldırılan bir sıra məhkəmə iddialarının bir hissəsidir.

Nəşr qeyd edir ki, bütün işlərdə iddia edilən ümumi məbləğ 50 milyard dolları keçib.

Qeyd olunur ki, Trampın vergi məlumatları 2020-ci ilin payızında, prezident seçkisindən bir neçə həftə əvvəl sızdırılıb və dərc edilib. O vaxt “The New York Times” qəzeti onun 2016 və 2017-ci illərdə federal gəlir vergisi üzrə 750 dollar ödədiyini və vergi itkiləri səbəbindən əvvəlki 15 ilin 10 ilində heç bir vergi ödəmədiyini yazırdı. Tramp bu məlumatları yalan adlandırmışdı.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Littlcon beş il həbs cəzasına məhkum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv