Umud Rəhimoğlu – 65: Azərbaycan mediası və vətəndaş cəmiyyətinə xidmətlə keçən

Umud Rəhimoğlu – 65: Azərbaycan mediası və vətəndaş cəmiyyətinə xidmətlə keçən






Rəşad Cəfərli

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Azərbaycan Mətbuat Şurasının sədri, #Ermənistan, #Kitab, #Mətbuat Şurası, #Müharibə, #Münaqişə, #Nyu-York, #Qarabağ Dirçəliş Fondu, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Mətbuat Şurasında yubiley münasibətilə geniş toplantı keçirilib
          presstvaz bildirir ki, bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, əməkdar mədəniyyət işçisi Umud Rəhimoğlunun 65 illiyinə həsr olunmuş toplantı keçirilib.

Tədbir eyni zamanda U.Rəhimoğluna ithaf olunmuş və yeni çapdan çıxmış “Təmənnasız missiya” kitabının təqdimatı ilə də yadda qalıb. Toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yubilyarın mənalı həyat yolundan, Azərbaycan mediası və vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərindən ətraflı bəhs edib.

          R.Məcid çıxışında qeyd edib ki, Umud Rəhimoğlu həyatını Azərbaycan naminə əməli fəaliyyətə həsr etmiş istedadlı media nümayəndəsi, bacarıqlı təşkilatçı və yüksək mənəvi keyfiyyətlərə malik ziyalıdır. Onun qurucusu və rəhbəri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu bu dəyərlərin institusional ifadəsinə çevrilib. Bildirilib ki, BAMF BMT-nin İqtisadi və Sosial Şurasının ən yüksək statuslu üzvlərindən biridir və xüsusilə torpaqlarımızın işğal altında olduğu dövrlərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Vurğulanıb ki, BAMF xətti ilə xarici media nümayəndələrinin cəbhə bölgələrinə yüzdən artıq səfəri təşkil edilib, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı obyektiv məlumatlar dünya ictimaiyyətinə təqdim olunub. Rəşad Məcid U.Rəhimoğlunun beynəlxalq media əməkdaşlığının qurulmasında da əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.

          Qeyd olunub ki, yubilyar Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin, Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, həmçinin bu qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi kimi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərib. BAMF tərəfindən Qarabağ münaqişəsi ilə bağlı hazırlanmış 10-dan artıq bəyanatın BMT-nin rəsmi səhifəsində dərc edildiyi, Nyu-York və Cenevrə ofislərində paralel sessiyalar və tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

R.Məcid bildirib ki, U.Rəhimoğlu CNN, BBC, “Əl-Cəzirə”, CGTN və digər nüfuzlu beynəlxalq telekanallarda Azərbaycanla bağlı obyektiv məlumatların yayılmasına nail olub. 2015-ci ildə yaradılan və 5 dildə yayımlanan “Avrasiya Gündəliyi” analitik-informasiya saytını birləşdirən “Avrasiya Media Şəbəkəsi” də bu fəaliyyətin mühüm tərkib hissəsidir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı “Əl-Cəzirə” telekanalının müharibə zonasından 40-dan çox reportaj və 100-dən artıq canlı yayım təqdim etməsi U.Rəhimoğlunun təşkilati dəstəyi ilə mümkün olub.

         Bütün bu xidmətlərinə görə Umud Rəhimoğlu Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib.

Toplantıda Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, millət vəkilləri Azər Allahverənov, Vüqar Rəhimzadə, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, tanınmış jurnalist və media rəhbərləri çıxış edərək yubilyarın Azərbaycan mediası və vətəndaş cəmiyyətinin inkişafındakı rolunu yüksək qiymətləndiriblər.

         Çıxışlarda Umud Rəhimoğlu vətənpərvər ziyalı, xalq diplomatiyasının fəal təmsilçisi, xeyirxah insan və peşəkar media təşkilatçısı kimi xarakterizə olunub.

Sonda çıxış edən Umud Rəhimoğlu göstərilən diqqət və xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkür edib, bu qiymətin onun üçün yeni fəaliyyət mərhələsində əlavə stimul və mənəvi güc yaratdığını bildirib.

Rəşad CƏFƏRLİ,

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.