Azərbaycanda ödəniş və rabitə sahəsində qaydalarda dəyişikliklər edildi

Azərbaycanda ödəniş və rabitə sahəsində qaydalarda dəyişikliklər edildi






presstv

"Presstv"az #ASAN xidmət, #Audi, #Avto, #Azərbaycan, #Əli Əsədov, #Hava Yolları, #Maliyyə Nazirliyi, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müəssisə-təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarında, fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalarda dəyişiklik edilib.

presstvaz xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sənədə əsasən, ciddi hesabat blankları (Mərkəzi Bank tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” informasiya sisteminin ödəniş barədə və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin strukturuna daxil olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) onların hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap ediləcək.

Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu qaydaları AMB tərəfindən, “ASAN ödəniş” informasiya sisteminin ödəniş barədə çıxarışlarının uçotu qaydaları “ASAN Xidmət” tərəfindən, AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya, “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya, və ADY-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə sistemlərinin çıxarışlarının uçotu qaydaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.

Bu Qaydaların bəzi bəndlərinin müddəaları Hökumət Ödəniş Portalının, “ASAN ödəniş” informasiya sisteminin ödəniş barədə və AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya, ADY-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə, “Azərpoçt” tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya sistemlərinin çıxarışlarına şamil edilməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv