Xəzər rayonunda evlərdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Xəzər rayonunda evlərdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Hadisə, #Məhkum, #Mobil telefon, #Oğurluq hadisəsi, #Sabunçu rayonu, #Xəzər rayonu, #Yasamal Rayon Polis İdarəsi, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Yasamalda oğurluq edən iki nəfər polis tərəfindən tutulub
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən,
Xəzər rayonu ərazisində naməlum şəxs üç fərdi evə daxil olaraq ümumilikdə 12 650 manat dəyərində məişət əşyalarını oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb. Araşdırma zamanı onun oğurluq etmək niyyətində olduğu evləri əvvəlcədən müşahidə etdiyi və talama cinayətlərini əsasən gecə saatlarında planlaşdıraraq həyata keçirdiyi müəyyən edilib. Həmçinin R.Dəmirovun analoji üsulla Sabunçu rayonu ərazisində daha iki evdən 9 000 manat dəyərində məişət əşyaları oğurladığı məlum olub.

        Bununla yanaşı, Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 708 manat nağd pul, mobil telefon və bank kartının oğurlanması barədə polisə müraciət daxil olub. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı L.Xudaverdiyeva müəyyən edilərək saxlanılıb.

Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı isə itirilmiş bank kartını taparaq 495 manat məbləğində alış-veriş edən 47 yaşlı P.Sultanova da polis əməkdaşları tərəfindən saxlanılıb.

       Faktlarla bağlı araşdırmalar davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv