Almaniya XİN başçısı azərbaycanlı və ermənistanlı səfirlərlə bir arada

Almaniya XİN başçısı azərbaycanlı və ermənistanlı səfirlərlə bir arada






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Azərbaycan, #Berlində, #Cənubi Qafqaz, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #Jurnalistlər, #Müharibə, #Münaqişə, #Nəqliyyat, #Vaşinqton, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 27-də Berlində Bundestaq yanında fəaliyyət göstərən nüfuzlu Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda tədbir keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir Almaniyanın ICI İnstitutunun və Lüdviq Maksimilian Universiteti tərəfindən təşkil olunub. Almaniyada bu formatda ilk dəfə təşkil olunan və AFR-in hökumət təmsilçiləri, Bundestaq üzvləri, ekspertlər, jurnalistlər, Almaniyanın siyasi, iqtisadi və elmi həyatında tanınmış şəxslərin iştirak etdiyi tədbirdə Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, eləcə də Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan çıxış ediblər.

Qeyd olunub ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sabiq sədri kimi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə yaxından tanış olduğunu və o zaman hər iki ölkənin səfirləri ilə bu mövzunu mütəmadi şəkildə müzakirə etdiyini diqqətə çatdırıb.

Nazir sülh prosesində ötən il əldə olunan nəticələrin hər iki ölkənin böyük nailiyyəti, eləcə də Avropa tarixində mühüm hadisə olduğunu vurğulayıb. Y.Vadeful bu nailiyyətlərin gələcəyə ümidlə baxmağa əsas yaratdığını qeyd edərək bildirib ki, Almaniya bu prosesə bundan sonra da töhfə verməyə hazırdır. Nazir deyib ki, bu sülh hər iki ölkə üçün Avropa İttifaqı ilə sabit və etibarlı münasibətlər qurmaq baxımından da geniş imkanlar yaradır. Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet çıxışında hər iki ölkənin səfirlərinin iştirakı ilə Berlində belə bir tədbirin ilk dəfə keçirilməsini yüksək dəyərləndirib. O bildirib ki, bu proses təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda, Almaniya üçün də önəmlidir, çünki Mərkəzi Asiyaya yeni nəqliyyat və dəmir yolu əlaqələri açılacaq ki, bu Avropa üçün də vacibdir. A.Laşet, həmçinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən il Azərbaycana və Ermənistana ilk rəsmi səfərində iştirak etdiyini xatırladaraq, ölkəmizin zəngin tolerantlıq ənənələrini və bütün dinlərin nümayəndələrinin dinc şəkildə birgə yaşamasını xüsusi vurğulayıb.

Nəsimi Ağayev çıxışında bildirib ki, 2020-ci ilin Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyi ilə ölkəmiz regionda davamlı sülh və sabitliyin əldə olunması istiqamətində əməli fəaliyyətə başlayıb. Məhz Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub, sülh sazişinin əsas prinsiplərini irəli sürüb və onun ilk layihəsini təqdim edib. Danışıqlar ikitərəfli formatda aparılsa da, Almaniya xüsusilə həlledici mərhələdə konstruktiv rol oynayıb. Ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitində tərəflər birgə bəyannamə imzalayaraq və sülh sazişini paraflayaraq, münasibətlərdə yeni səhifə açıblar. N.Ağayev dayanıqlı və hüquqi baxımdan möhkəm sülh üçün Ermənistan Konstitusiyasının sülh sazişinin prinsiplərinə tam uyğunlaşdırılmasının, Azərbaycana qarşı bütün ərazi iddialarının tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Səfir sülhün gücləndirilməsi istiqamətində Azərbaycanın son aylarda atdığı konkret addımları diqqətə çatdırıb, həmçinin parlamentlər və vətəndaş cəmiyyətləri arasında dialoqun gücləndiyini qeyd edib. TRIPP marşrutunun önəminə toxunan N.Ağayev bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz əlaqənin bərpasını nəzərdə tutan bu marşrut sülhü ortaq iqtisadi maraqlarla daha da möhkəmləndirəcək. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir ki, bu da Avropa və Almaniya üçün təchizat zəncirlərini yaxşılaşdıracaq. N.Ağayev bu marşrutun yaradılması üçün öhdəliklərin tam və vaxtında icrasının vacibliyini qeyd edib. Çıxışlardan sonra səfirlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv