İsrail ABŞ-la 10 illik hərbi yardım sazişi imzalamağı planlaşdırır

İsrail ABŞ-la 10 illik hərbi yardım sazişi imzalamağı planlaşdırır






presstv

"Presstv"az #ABŞ, #Dollar, #İsrail, #Təl-Əviv

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail ABŞ-la yeni, 10 illik hərbi yardım sazişi imzalamağı və maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azalmasına hazırlaşır.

presstvaz xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, müddəti 2028-ci ildə başa çatan mövcud razılaşma çərçivəsində ABŞ hər il Təl-Əvivə ən azı 4 milyard dollar ayırır.

İsrailin Müdafiə Nazirliyinin baş maliyyə müşaviri Gil Pinxas bildirib ki, yaxın həftələrdə keçirilməsi gözlənilən danışıqlarda İsrail birbaşa maliyyə subsidiyalarından daha çox birgə hərbi və müdafiə layihələrinə üstünlük vermək niyyətindədir.

“Bu kontekstdə tərəfdaşlıq sadəcə maliyyə məsələsindən daha vacibdir. Pul qədər dəyərli olan bir çox məqam var”, – deyə Pinxas vurğulayıb.

Onun sözlərinə görə, ABŞ silahlarının alınması üçün ayrılan illik bir neçə milyard dollarlıq vəsait sazişin yalnız “komponentlərindən biridir”.

Pinxas əlavə edib ki, İsrail mövcud və gələcək birgə hərbi sistemlərin hazırlanması layihələrini, o cümlədən birdəfəlik əsasda həyata keçirilən təşəbbüsləri də müzakirə etməyi planlaşdırır. “Siz vəsait yatırırsınız, onlar da yatırır və nəticədə hər kəs qazanır”, – deyə o qeyd edib.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv