DİN və Mərkəzi Bank arasında əməkdaşlıq müsbət nəticələr verir

DİN və Mərkəzi Bank arasında əməkdaşlıq müsbət nəticələr verir






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Bank kartlarına qanunsuz müdaxilə hallarının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən,bank kartlarına qanunsuz müdaxilə, onlayn oğurluq və dələduzluq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verməkdədir.

Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bank arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.

         Ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən 372 saxta sayt, link və şübhəli keçid müəyyən edilərək bloklanıb ki, bu da bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.

Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqları zaman vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqda qabaqlayıcı tədbirlər daha effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu halda bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilərək risklər neytrallaşdırılır.

         Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar. Qeyd olunub ki, bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv