50 min hərbçi, mürəkkəb dronlar və süni intellekt: Özbəkistan ordusunun yeni siması

50 min hərbçi, mürəkkəb dronlar və süni intellekt: Özbəkistan ordusunun yeni siması






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hərbi təlimlər, #Özbəkistan, #Süni intellekt, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Hərbi xronika” rubrikasının budəfəki buraxılışında Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında hərbi əməkdaşlığın genişlənməsi fonunda Özbəkistan ordusunun son illərdə keçdiyi inkişaf yolu və həyata keçirilən islahatlar diqqətə çatdırılıb.

Bildirilib ki, müasir geosiyasi şəraitdə hər bir dövlət üçün əsas təhlükəsizlik təminatı güclü, çevik və texnoloji baxımdan modern silahlı qüvvələrin formalaşdırılmasıdır və Özbəkistan bu strateji yanaşmanı ardıcıl şəkildə həyata keçirən ölkələr sırasında yer alır.

Qeyd olunub ki, son illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Özbəkistan ordusunun strukturu, döyüş hazırlığı və maddi-texniki təminatı əsaslı şəkildə yenilənib. Müasir silah və texnika ilə təchizatın yüksəldilməsi, yeni taktiki yanaşmaların tətbiqi, dron və rəqəmsal texnologiyaların inteqrasiyası ordunun operativ imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Rubrikada vurğulanıb ki, hərbi təlimlərin intensivləşdirilməsi, xüsusi təyinatlı qüvvələrin hazırlığı, pilotsuz uçuş aparatları üzrə mütəxəssislərin yetişdirilməsi və peşəkar serjant korpusunun formalaşdırılması Özbəkistan ordusunun idarəetmə effektivliyinin və döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynayıb.

Bildirilib ki, beynəlxalq təlimlərdə və hərbi yarışlarda əldə olunan nəticələr, müxtəlif ölkələrlə təşkil edilən birgə manevrlər və təcrübə mübadilələri ordunun regional və qlobal səviyyədə rəqabət qabiliyyətini gücləndirib. Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr, o cümlədən Azərbaycanla həyata keçirilən birgə təlimlər qarşılıqlı operativ uyğunluğun artırılmasına xidmət edib.

Qeyd olunub ki, hərbi təhsil sistemində aparılan islahatlar, süni intellekt və rəqəmsallaşdırmanın tətbiqi, müdafiə sənayesinin inkişafı və şəxsi heyətin sosial təminatının gücləndirilməsi ordunun uzunmüddətli inkişaf strategiyasının əsas elementlərini təşkil edir.

Sonda vurğulanıb ki, Özbəkistan ordusunun keçdiyi modernləşmə yolu yalnız milli təhlükəsizliyin möhkəmləndirilməsinə deyil, həm də türk dünyası daxilində hərbi əməkdaşlığın dərinləşməsinə xidmət edir. Qardaş respublikanın əldə etdiyi hərbi nailiyyətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində kollektiv təhlükəsizlik potensialının artmasına töhfə verir və regional sabitliyin güclənməsində mühüm rol oynayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv