Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #Azərbaycan, #DİN, #Odlu silah, #WhatsApp, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
DİN: Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

       Eyni zamanda Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs saxlanılıb. Belə ki, naməlum şəxsin evləri gəzərək qaz sayğacının guya qüsurla işləməsini əsas gətirməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Ağayev Yusif Mərdan oğlu müəyyən edilərək saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

       Polis əməkdaşları bildirir ki, Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv