Eyni əməl, eyni sürücü: Yenidən narkotik təsiri altında sükan arxasında

Eyni əməl, eyni sürücü: Yenidən narkotik təsiri altında sükan arxasında






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Yol polisi sərt tədbir gördü
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün qeyri-adekvat hərəkətləri polis əməkdaşlarında şübhə yaradıb. Araşdırma zamanı məlum olub ki, E.Veyisov altı ay əvvəl də narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb edilib.

         Növbəti dəfə tibbi müayinədən keçirilən sürücü yenidən narkotik maddə qəbul etdiyini etiraf edib. Eyni qanunazidd əməli təkrar törətdiyinə görə məhkəmənin qərarı ilə Elyar Veyisov 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 gün inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini bildirir və bu kimi hallara qarşı bundan sonra da ən sərt tədbirlərin görüləcəyini vurğulayır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv