Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə sərt tədbir görüldü

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə sərt tədbir görüldü






presstv

"Presstv"az #Avto, #Avtoxuliqanlıq, #Azərbaycan, #DİN, #Nəqliyyat, #Qarlı hava şəraiti, #Xankəndi şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs edilib
     Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən  presstvaz-a daxil olan məlumata əsasən, Xankəndi şəhərində ictimai asayişi nümayişkaranə şəkildə pozan və vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, şəhər ərazisində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov qarlı hava şəraitində idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər edib və avtoxuliqanlıq hərəkətlərinə yol verib.

     Faktla bağlı E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 1 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyi bir daha yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə, ictimai təhlükəsizliyi təhdid edən hərəkətlərdən çəkinməyə çağırır.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv