“Burada əqrəb, ilan – nə desən, var” – Uşaqların təhlükə altında qaldığı məktəbdə nə baş verir?

“Burada əqrəb, ilan – nə desən, var” – Uşaqların təhlükə altında qaldığı məktəbdə nə baş verir?






presstv

"Presstv"az #Audi, #Orta məktəb, #Qrip, #Quba, #Quba-Xaçmaz Regional Təhsil İdarəsi, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər Şabran rayonu, Dəvəçi kənd tam orta məktəbinin binasının yararsız vəziyyətdə olmasından şikayət edirlər.

Sakinlərdən biri bildirib ki, məktəbin vəziyyəti ciddi narahatlıq doğurur:

“Məktəb bərbad gündədir. Tavandan su damır, uşaqlar tez-tez qrip olurlar. Burada əqrəb, ilan – nə desən, var”.

“Məktəb sovet dövründə tikilib. Oturacaqlar pis vəziyyətdədir, sanitar qovşağı yoxdur. Divarlarda çatlar var. Övladım evə gəlib deyir ki, ata, dərs vaxtı üstümüzə su damır”, – başqa bir sakin deyib.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar:

“Binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv