Mobil dünyada “böyük köç”: Milyardlarla dolların yeni ünvanı bəlli oldu

Mobil dünyada “böyük köç”: Milyardlarla dolların yeni ünvanı bəlli oldu






presstv

"Presstv"az #ABŞ, #Audi, #ChatGPT, #DeepSeek, #Dollar, #Google, #Smartfon, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə smartfon istifadəçiləri mobil oyunlarla müqayisədə tətbiqlərə daha çox vəsait xərcləyiblər.

presstvaz xəbər verir ki, bu barədə “TechCrunch” nəşri “Sensor Tower” şirkətinin hesabatına istinadən məlumat yayıb.

Əvvəllər bu cür göstəricilər yalnız ayrı-ayrı regionlarda, məsələn, ABŞ-də müşahidə olunurdu. Lakin 2025-ci il bu tendensiyanın qlobal xarakter aldığı ilk il kimi qeydə alınıb. Hesabata əsasən, istifadəçilər mobil tətbiqlərə təxminən 85 milyard dollar xərcləyiblər ki, bu da 2024-cü illə müqayisədə 21 faiz artım deməkdir. Mobil oyunlara çəkilən xərclər isə 81.8 milyard dollar təşkil edib və bu göstərici cəmi 1 faiz artıb.

Gəlirin əsas artım mənbəyi süni intellekt əsaslı tətbiqlər olub. Bu kateqoriyaya aid tətbiqlər 2025-ci ildə ümumilikdə 5 milyard dollar gəlir əldə edib. Onların yüklənmə sayı da demək olar ki, üç dəfə artaraq 3.8 milyarda çatıb. Bu sahədə lider üçlük “ChatGPT”, “Google Gemini” və “DeepSeek” tətbiqlərindən ibarətdir.

Generativ süni intellekt tətbiqləri ötən il ərzində də sürətli artım nümayiş etdirib. İstifadəçilər bu tip tətbiqlərdə ümumilikdə 48 milyard saat vaxt keçiriblər. Bu göstərici bir il əvvəllə müqayisədə 3.6 dəfə, 2023-cü illə müqayisədə isə 10 dəfə çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv