ƏMAS-da əməyin mühafizəsi bölməsi yaradılacaq

ƏMAS-da əməyin mühafizəsi bölməsi yaradılacaq






presstv

"Presstv"az #Hadisə, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2026-cı il üçün əsas hədəfimiz fəaliyyətimizi daha çox preventiv nəzarət və proaktiv yanaşma üzərində qurmaqdır. Bu baxımdan, əmək hüquqlarının pozulmasının qarşısının alınması, şikayətlərin sayının azalması, məsələlərin mümkün qədər səmərəli həlli diqqət mərkəzində olacaq. Eyni zamanda istehsalatda baş verən bədbəxt hadisələrin azaldılması prioritet olaraq qalır. Bu məqsədlə əməyin mühafizəsi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi və “Vision zero” (Sıfır gözlənti) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi davam etdiriləcək”.

presstvaz xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında qurumun rəisi Vəli Quliyev deyib.

ƏMAS-da əməyin mühafizəsi bölməsi yaradılacaq

O bildirib ki, bundan əlavə, “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əməyin mühafizəsi bölməsinin yaradılması nəzərdə tutulur. Onun vasitəsilə işçilərin müvafiq məlumatlarla təmin edilməsi həyata keçiriləcək:

“Digər mühüm hədəf əmək münasibətlərinin tənzimlənməsi və bu sahəyə nəzarətin mərhələli şəkildə rəqəmsallaşdırılmasıdır. Bu çərçivədə kadr kargüzarlığının tam elektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinin tətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda vətəndaşların və işəgötürənlərin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqələrinin daha da genişləndirilməsi, əlçatanlığın təmin edilməsi prioritet olaraq müəyyən edilib”.

Xidmət rəisi əlavə edib ki, bununla yanaşı, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, işəgötürənlərə metodiki dəstəyin gücləndirilməsi, maarifləndirmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv