Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub

Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərbaycan Sığortaçılar Assosiasiyası, #Bakı, #Hadisə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda dünən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən bildirilib.

Qeyd olunub ki, baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 müraciət daxil olub. Onlardan 403-ü “Avtonəqliyyat vasitələrinin icbari sığortası (OSAGO)”, 76-sı “KASKO”, 4-ü “Daşınmaz əmlakın icbari sığortası”, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrədir.

“Hazırda qiymətləndirilmiş 366 hadisədə ehtimal olunan zərər 254 435 manat təşkil edir, qalan 118 hadisənin qiymətləndirilməsi davam edir. Bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta ödənişləri sığorta hadisəsi kimi tanınan müraciətlər üzrə həyata keçiriləcək. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 400 min manata yaxın olacağı ehtimal edilir”, – ASA-dan bildirilib.

Məlumata əsasən, hesabat dövründə müraciətlərin 67 %-i Bakı, 33 %-i isə ölkənin digər bölgələrindən daxil olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv