Dezinformasiya Azərbaycanda da əsas təhlükə kimi: İctimai müzakirə keçirilib

Dezinformasiya Azərbaycanda da əsas təhlükə kimi: İctimai müzakirə keçirilib






Rəşad Cəfərli

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Azərbaycan Mətbuat Şurasının sədri, #Bakı, #Dünya İqtisadi Forumu, #Jurnalistlər, #Mətbuat Şurası, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

 

          Bakı. – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.

presstvaz bildirir ki, Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli Davosda keçirilən Dünya İqtisadi Forumunun “Qlobal Risklər Hesabatı”na istinad edərək dezinformasiyanın və saxta məlumatların Azərbaycan üçün əsas risklərdən biri olduğunu vurğulayıb.

       Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, dezinformasiyanın bütün dünyada artması sosial media platformalarının təsiri ilə bağlıdır. Məmmədli həmçinin qeyd edib ki, ictimai sayıqlıq, media savadlılığı və cəmiyyətin yüksək intellektual səviyyəsi dezinformasiyaya qarşı ən güclü müdafiə vasitələridir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə media subyektlərini “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əməl etməyə çağırıb. Presstv.az bildirir ki, Məcid jurnalistikanın ali məqsədinin həqiqəti yaymaq və obyektivliyi əsas peşəkarlıq meyarı kimi qəbul etmək olduğunu bildirib, bunun cəmiyyəti dezinformasiyadan qorumaqda əsas vasitə olduğunu vurğulayıb.


Texnologiyalar və QHT-lərin rolu: Yeni çağırışlar və ictimai maarifləndirmə

       Sessiyalarda süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri müzakirə olunub. Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli texnologiyaların informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı QHT-lərin rolunu təqdim edib.

       presstvaz bildirir ki, müzakirələr zamanı həmçinin QHT-lərin ictimai nəzarət mexanizmləri, Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və qabaqlayıcı tədbirlər, eləcə də dezinformasiyanın regional və qlobal təzahürləri ətraflı müzakirə olunub.

Rəşad CƏFƏRLİ,

presstvaz – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.