Cənubi Koreyada sabiq baş nazirə HÖKM OXUNDU

Cənubi Koreyada sabiq baş nazirə HÖKM OXUNDU






presstv

"Presstv"az #Audi, #Cənubi Koreya, #Vəzifə, #Yun Sok Yol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyanın sabiq baş naziri Han Dok Sun üsyanda əsas fiqurlardan biri kimi iştirak etməkdə və qiyamçıların liderinə – sabiq prezident Yun Sok Yola yardım göstərməkdə ittiham olunub.

presstvaz TASS-a istinadən xəbər verir ki, birinci instansiya məhkəməsi Cənubi Koreyanın sabiq baş naziri Han Dok Sunu 2024-cü ildə hərbi vəziyyətin elan edilməsi ilə bağlı konstitusiya quruluşuna qarşı üsyan işi üzrə 23 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə prosesinin yayımını YTN telekanalı həyata keçirib.

İstintaqın versiyasına görə, Han Dok Sun üsyanda əsas rollardan birini oynayıb və qiyamın lideri hesab edilən sabiq prezident Yun Sok Yola fəal şəkildə dəstək göstərib. Prokurorluq onun üçün 15 il həbs cəzası tələb etmişdi.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol Konstitusiyanı pozaraq ölkədə hərbi vəziyyət elan etmiş, bunun nəticəsində sonradan vəzifəsindən kənarlaşdırılmışdı. Həmin dövrdə Han Dok Sun baş nazir vəzifəsini tutmuş, daha sonra isə Cənubi Koreya Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv