Natiq Məmmədli: “Azərbaycan sistemli dezinformasiya təhdidi ilə qarşı-qarşıyadır”

Natiq Məmmədli: “Azərbaycan sistemli dezinformasiya təhdidi ilə qarşı-qarşıyadır”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Mətbuat Şurası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dezinformasiyanın sürətlə yayılmasının əsas səbəblərindən biri də dünyada mediaya olan etimadın azalmasıdır”.

presstvaz xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı Direktorunun müavini Natiq Məmmədli deyib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, MEDİA-nın və Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı o bildirib ki, söz yaranandan onu inkar etmək üçün əks-arqument də formalaşıb və bu, daha aktualdır:

“Azərbaycan sistemli dezinformasiya təhdidi ilə qarşı-qarşıyadır. Dövlətimizin isə bununla mübarizədə güclü siyasi iradəsi var. Aparılan araşdırmalara görə saxta xəbər doğru informasiyadan altı dəfə sürətlə yayılır. Bunun səbəbi isə dünyada mediaya etimadın azalmasıdır”.

MEDİA rəsmisi bildirib ki, dünyada media etikasına əməl olunmur:

“Bütün cəmiyyətlər media savadlılığına sahiblənməlidir. Bu amil saxta informasiyanın təsirinə düşməməyə yardım edir. Dezinformasiya yaxın 10 ildə kütləvi şüuru öz təsiri altına ala bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv