Dörd Azərbaycan universiteti nüfuzlu təşkilatın fənn reytinqlərində yer alıb

Dörd Azərbaycan universiteti nüfuzlu təşkilatın fənn reytinqlərində yer alıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın nüfuzlu qiymətləndirmə agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün təhsil sahələri üzrə fənn reytinqləri dərc olunub.

presstvaz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin sayı ilk dəfə dördə yüksəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar.

Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərində ilk dəfə yer qazanıblar.

Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə dördə yüksəlib. Belə ki, “Mühəndislik” və “Fizika elmləri” sahələri ilə yanaşı, bu ildən Azərbaycan “Biznes və iqtisadiyyat” və “Sosial elmlər” sahələri üzrə də aşağıdakı kimi təmsil olunur:

– “Mühəndislik” – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti;

– “Fizika elmləri” – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti;

– “Biznes və iqtisadiyyat” – Azərbaycan Dövlət İqtisad Universiteti;

– “Sosial elmlər” – Azərbaycan Dövlət İqtisad Universiteti.

Qeyd edək ki, THE-nin fənn reytinqlərinin qiymətləndirmə metodologiyasında beş istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv