Dişlərin sayı və vəziyyəti ömür uzunluğuna təsir edir – ARAŞDIRMA

Dişlərin sayı və vəziyyəti ömür uzunluğuna təsir edir – ARAŞDIRMA






presstv

"Presstv"az #Araşdırma, #Sağlamlıq, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Osaka Universitetinin alimləri 75 yaş və üzəri 190 mindən çox şəxsin sağlamlıq və diş məlumatlarını təhlil edərək maraqlı nəticə əldə ediblər.

presstvaz-ın məlumaına görə, araşdırma göstərib ki, ağızdakı sağlam və plomb edilmiş dişlərin sayı ölüm riskini proqnozlaşdırmaqda əsas göstəricidir. Çürük və ya itirilmiş dişlərin çoxluğu isə erkən ölüm riski ilə birbaşa əlaqəlidir.

Alimlər bildiriblər ki, dişlərin müalicə edilərək qorunması təkcə ağız sağlamlığına deyil, ümumi orqanizm sağlamlığına da müsbət təsir göstərir.

ScienceAlert nəşrinin məlumatına görə, tədqiqatçılar çatışmayan və ya çürük dişlərin erkən ölümə səbəb ola bilməsini izah edən iki əsas mexanizm üzərində dayanırlar.

Bunlardan biri xroniki iltihabdır. Diş çürükləri və diş əti problemləri orqanizmdə xroniki iltihaba səbəb ola bilər və bu vəziyyət digər orqanlara da yayıla bilər.

Digər səbəb isə qidalanma problemləridir. Diş sayının azalması çeynəməni çətinləşdirir, bu da sağlam və balanslı qidalanmanı mümkünsüz edərək ümumi sağlamlığa mənfi təsir göstərir.

Xəbərdarlıq edilib ki, yaşlılıq dövründə təkcə dişlərin sayı deyil, onların klinik vəziyyətinin mütəmadi izlənməsi daha uzun və sağlam həyat üçün kritik əhəmiyyət daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv