"Bluetooth" ilə izlənilə bilərsiniz

"Bluetooth" ilə izlənilə bilərsiniz






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Belçika, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçikanın Leuven Universitetində çalışan alimlər bir çox "Bluetooth" aksesuarında təhlükəli boşluqlar aşkar ediblər. Bu boşluqlar kiberhücumçulara istifadəçiləri gizli şəkildə izləmək və ya dinləmək imkanı yarada bilər.

presstvaz-ın məlumatına görə, "PhoneArena" nəşri kibertəhlükəsizlik üzrə mütəxəssislərə istinad edərək bildirir ki, "WhisperPair" adı verilən bu zəifliklər Sony, JBL, Marshall, Xiaomi və Nothing kimi tanınmış markaların bəzi qulaqlıq modellərində mövcuddur.

Məlumata əsasən, problem smartfonların qulaqlıqları avtomatik tanıyıb sürətli şəkildə qoşulmasına imkan verən mexanizmlə bağlıdır. Bu texnologiya rahatlıq baxımından üstün olsa da, kifayət qədər güclü təhlükəsizlik yoxlaması aparmır.

Araşdırmalar göstərib ki, hücumçular təxminən 15 metr məsafədən Bluetooth bağlantısı vasitəsilə başqa bir şəxsin qulaqlığına xəbərsiz şəkildə qoşula bilirlər. Bu isə onlara səsləri dinləmək, yazmaq, hətta istifadəçinin yerini müəyyən etmək kimi ciddi risklər yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv